Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmiryolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib

17:47 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin çıxışında deyib ki, bu marşrut üzrə ildə 300 mindən çox konteynerin daşınması nəzərdə tutulur: “Bu sənədin imzalanması hər dörd ölkə üçün uğurlu olacaq. Bu istiqamətdə yük daşımaları hər birimiz üçün həm əhəmiyyətli, həm də sərfəli olacaq”.
Tədbirdə həmçinin “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər. 
Daha sonra müzakirələr qapalı şəkildə davam edib.
Müşavirədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşımanın həcmi, Avropadan Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə və geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrinin müəyyənləşdirilməsi yanaşı, Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi məsələləri müzakirə edilir.
Tədbirin sonunda imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı sənədlər imzalanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-azerbaycan-qazaxistan-gurcustan-ve-ukrayna

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR