Şahzadənin qəfil enişi: məktəbdə nahar etdi - FOTO

Şahzadənin qəfil enişi: məktəbdə nahar etdi - FOTO
17:47 14 Yanvar 2016
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniya şahzadəsi Uilyam həm də təcili yardım xidmətinin helikopterlərindən birinin pilotu işləyir. O, dünən ölkənin cənub-şərqindəki Hartfordşir qraflığında yerləşən məktəbdə nahar edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kembric hersoqu, şahzadə Uilyam "East Anglian Air Ambulance" sanitar aviasiya xidmətinin növbəti reysini başa vurandan sonra helikopteri idman meydançasına endirib və yaxınlıqdakı "John Henry Newman School"a yollanıb.

Məktəbin direktoru Klayv Mettyunun dediyinə görə, şahzadənin gəlişi qəfil olub.

"Təcili yardım xidmətinin aviasiyası məktəbin meydançasından tez-tez istifadə edir. Helikopterlər enməyə başlayanda uşaqları oradan uzaqlaşdırırıq, sonra pilotlara yemək təklif edirik. Bu dəfə pilotun kim olduğunu bilmirdik", - Mettyu söyləyib.

Ötən ilin martın 30-da şahzadə Uilyam "Bond Air Services" fövqəladə xilasetmə xidmətində pilot işləməyə başlamışdı.

Fevralın 26-da o, təcili yardım xidmətinin aviasiya servisinin pilotu olmaq üçün 14 imtahan verib.

2009-cu ildə Kornuolldakı aviasiya məktəbini başa vuran şahzadə Uilyam sonradan Britaniya Kral Hərbi-Hava Qüvvələrində xidmətə başlamış, kapitan rütbəsi almışdı.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR