ATƏT sədri: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq"

ATƏT sədri: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq"
17:49 14 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“Almaniya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyət göstərəcək”.

 

APA-nın məlumatına görə, bunu  ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib.

 

Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu deyən Ştaynmayer ölkəsinin həmsədrlərin fəaliyyətini dəstəklədiyini bildirib. “Biz təmas xətti və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq. Bu il ərzində həmin bölgələrdə gərginliyin azaldılması əsas məqsədlərimizdən biri olacaq”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR