Obama 1 il əvvəl ona məktub yazan qadınla görüşə getdi - FOTO

Obama 1 il əvvəl ona məktub yazan qadınla görüşə getdi - FOTO
17:57 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama maraqlı addım atıb.

Publika.az xarici mətbuata istinadən bildirir ki, Ağ Ev rəhbəri gözlənilmədən 12 ay əvvəl ona məktub yazmış qadınla görüşə gedib. Nebraska ştatında yerləşən Omaxa şəhərinə yola düşən prezident Lisa Martin və əri Cozefin qonağı olub. 
 
Qadın bir il əvvəl prezidentə yazdığı məktubda xoşbəxt  gələcəyə inanmadığını vurğulayıb. Bildirib ki, övladının gələcək həyatının yaxşı olacağına inanmır. Lisa Martin məktubunda "mənim oğlumun yaşayacağı planetdə sakitlik, çiçəklənmə olacaqmı?" sualını verib: "Təəssüf ki,  dünyanın daha pis olacağını düşünürəm. Uşaqlarımız köməksizdir və bu məsələlərdə məsuliyyət bizim çiynimizə düşür".
 
Qadın Obamanın bu məktuba hər hansı formada cavab verəcəyinə inanmayıb. Prezident isə öz növbəsində Lisa Martinə məktub yazmaq əvəzinə onun ailəsi ilə görüşmək qərarına gəlib.
 
Kortejlə qadının yaşadığı yerə gedən Obama 40 dəqiqə ərzində Lisa Martinlə, həyat yoldaşı və qonşuları ilə söhbət edib. ABŞ-ın gələcəyi ilə bağlı nikbin sözlər deyən prezidenti bildirib ki, ölkəsini xoş günlər gözləyir. Obama 2016-cı ilin ölkə vətəndaşları üçün uğurlu keçəcəyini, gələcəkdə də xoşbəxtliyin onun ölkəsində bərqərar olacağını vurğulayıb. 
 
Obama sonda gənc ailəyə xoşbəxt yeni il arzulayaraq onlardan ayrılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR