​Tərlan Əhmədov: "Maliyyə böhranı dərinləşsə, futbolumuz həmin dərinliyə düşəcək"

​Tərlan Əhmədov: "Maliyyə böhranı dərinləşsə, futbolumuz həmin dərinliyə düşəcək"
18:02 14 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "Maliyyə böhranı tək Azərbaycanda yox, bütün dünyada mövcuddur. "CBC Sport Kuboku" turnirinin keçirilməsinə gəlincə, bu futbolçuların motivasiyası və onların özlərinin nəyəsə nail olmaq baxımından müsbət addımdır. Yoxlama oyunları keçiririk, ancaq belə oyunlara futbolçuları motivasiya etmək olmur". Bunu "Report"a açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.
"CBC Sport Kuboku"nun açılış oyununda "Neftçi"yə minimal hesabla məğlub olan "təyyarəçilər"in baş məşqçisi turnirin komandalara müsbət təsir edəcəyini bildirib: "Müstəqillik dönəmində belə bir mini-turnir olmamışdı. Fasilə vaxtı komanda haqda məlumatlar mətbuatda yazılırsa, indi canlı yayımlanır. "Neftçi" və AZAL Premyer Liqada oynayırsa, "Neftçala" divizionda çempionluğa oynayır, "Şərurspor" da güclü komandadır. Bu baxımdan turnir önəm kəsb edir. Nəyə görə Antalyada "Antalya Cup" keçirilir, bizdə yox? Bu illə kifayətlənmək olmaz. Gələcəkdə oyunları regionda və Bakıda keçirmək də olar. Turnirin daha bir önəmi gənc futbolçuların üzə çıxmasıdır. Çünki çempionatda yoxlaya bilmədiyimiz futbolçuları burada yoxlayırıq".
T.Əhmədov çalışdığı komandada legioner futbolçuların transferinə üstünlük verməyəcəyini söyləyib: "Hacı Əhmədovu komandaya cəlb etmişik. Bundan başqa Elton Hüseynovu, Meksika əsilli Adan Koronada komandamızdadır. Ola bilər ki, daha bir yerli hücumçu olsun. Legionerə çox üstünlük vermirəm. Problemləri siz də bilirsiniz. Büdcəyə qənaət etmək lazımdır. Əcnəbi futbolçunu gətirib uyğunlaşdırmaq vaxt aparır. Çalışıram ki, hücum xəttinə yerli futbolçu tapaq. Namizəd var, amma indi deyə bilmərəm".
Devalvasiya ilə bağlı fikirlərini dilə gətirən 45 yaşlı mütəxəssis Azərbaycan futbolunun çətin vəziyyətə düşə biləcəyini deyib: "Hər halda gedişat onu göstərir ki, yenə devalvasiya olsa, futbolumuz da əziyyət çəkəcək. Amma istərdik ki, olmasın. "Xəzər Lənkəran" iddialı komanda qurub səviyyəli futbolçular, dünya futbolunun tanınmış mütəxəssislərini dəvət edib. Ancaq bu klub böhranda çətin vəziyyətə düşürsə, deməli, böhran dərinləşsə, futbolumuz da o dərinliyə düşəcək". 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/terlan-ehmedov-bohran-derinlesse-futbolumuz-hemin-derinliye-dusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR