Rəsmi Bakı: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, əslində, Azərbaycandan çox Ermənistana lazımdır

Rəsmi Bakı: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, əslində, Azərbaycandan çox Ermənistana lazımdır
18:08 14 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin həmsədrlərlə birgə son görüşü də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətdə irəliyə addım atmağa imkan vermədi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev ilin yekunları üzrə müşavirədə konkret mövqeyini bildirdi: "Çox təəssüflər olsun ki, hələlik bu istiqamətdə irəliyə müəyyən bir addımın atılmasını müşahidə etmirik. Düzdür, həmsədrlər göstərmək istəyirlər ki, onlar çalışırlar. Amma onların atdığı addımlar, prezidentlərlə həmsədrlərin birlikdə son görüşü də bu istiqamətdə irəliyə addım atmağa imkan vermədi. Çox təəssüflər olsun ki, həmsədrlər irəliyə addım atmaq üçün əllərindən gələni etdiklərini nə qədər çalışıb göstərmək istəsələr də, bu, kifayət deyil və əslində onların atdığı addımların müəyyən bir nəticə verməsi üçün yəqin ki, hansısa komponentlər çatmır".

PA rəsmisinin sözlərinə görə, digər tərəfdən, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konkret addımlar atmaq, konstruktiv mövqeyə gəlmək istəmir: "Əslində bu onlara bizdən daha çox lazımdır. Onlar düşünməlidirlər ki, bu cür vəziyyətdə qalmaq mümkün deyil. Biz də, beynəlxalq ictimaiyyət də çox yaxşı başa düşür ki, Ermənistan rəhbərliyi bu gün öz maraqlarına bütün bu prosesləri qurban verirlər".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2480529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR