Konqresmen Kris Smitin qanun layihəsinin ABŞ-ın icra orqanları ilə heç bir əlaqəsi yoxdur

18:08 14 Yanvar 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Səba Ağayeva - Trend:

Konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan demokratiya aktı" adlı qanun layihəsinin ABŞ-ın icra orqanları ilə heç bir əlaqəsi yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, hər kəs bacardığı qədər dövlətçiliyin, milli maraqların qorunması üçün əlindən gələni edir: "Azərbaycanın xarici siyasət kursunun əsas məqsədi Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunmasıdır. Bu nöqteyi-nəzərdən, başqa qolun nümayəndəsi olduğum üçün o məsələyə qarışmaq istəmirəm. O məsələ hansısa bir konqresmenin mövqeyi olduğu üçün bizim ona uyğun qanunvericilik orqanının nümayəndəsi mövqeyini bildirib".

PA rəsmisinin sözlərinə görə, ABŞ-ın icra orqanlarında, yəni Ağ Ev, Dövlət Departamentində qeyd ediblər ki, onların bu məsələ ilə heç bir əlaqəsi yoxdur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR