Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb

Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb
18:13 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 14 yanvar, AZƏRTAC
Ermənistanda “donuz qripi”ndən (H1N1 virusu) ölənlərin sayı 10 nəfərə çatıb. Güclü qar və şaxtalardan sonra “donuz qripi” virusu bu ölkəni cənginə alıb. Hazırda ölkə xəstəxanalarında yüzlərlə xəstə var. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Ermənistanın elm və təhsil naziri Armen Aşotyan öz facebook səhifəsində bildirib ki, Səhiyyə Nazirliyinin və baş nazirin tövsiyəsinə əsasən, dövlət ümumtəhsil, məktəbəqədər və orta ixtisas məktəblərində qış tətilinin müddəti yanvarın 25-dək uzadılıb.
Dövlət qurumları bu yolla “donuz qripi”nin uşaqlar və gənclər arasında yayılma riskini minimuma endirmək niyyətindədirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR