Cakartadakı terrorun arxasından da İŞİD çıxdı

Cakartadakı terrorun arxasından da İŞİD çıxdı
18:31 14 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Cakartada 6 nəfərin, o cümlədən bir hollandın ölümü ilə nəticələnən silsilə partlayışların məsuliyyətini İŞİD üzərinə götürüb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İndoneziyada əcnəbi vətəndaşlara və təhlükəsizlik xidmətinə qarşı yönəlmiş terror aktını İŞİD həyata keçirib. Bu barədə terror təşkilatının informasiya agentliyindən göndərilən teleqramda məlumat verilib.

Bundan əvvəl Cakartanın polis rəisi Tito Karnavian da partlayışları məhz İŞİD-in törətdiyini açıqlamışdı. O bildirmişdi ki, hücumu İŞİD-in indoneziyalı terrorçusu və Suriyada döyüşən Barun Naim təşkil edib.

Polisin məlumatında bildirilir ki, hələ ötən ilin noyabrın sonunda İŞİD İndoneziya polisini hücumla bağlı hədələmiş, cihadçılar İndoneziyada “konsert olacağı” xəbərdarlığını etmişdi.

İndoneziyanın paytaxtı Cakartada bu gün ayrı-ayrı məkanlarda 6 güclü partlayış və silahlı hücum qeydə alınmışdı. Hadisə nəticəsində azı 6 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilmişdi. Həlak olanlardan üçü polis əməkdaşı, biri əcnəbi olmaqla digər üçü isə dinc vətəndaş olub.

Terrorçular əsasən insanların çox olduğu yerləri - Sarinah böyük ticarət mərkəzinin ətrafını, polis məntəqələrini, bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar.





Hadisədən sonra polis şəhərə zirehli texnika çıxarıb. Terrorçularla silahlı atışma nəticəsində onlardan üçünün öldürüldüyü, 4 nəfərinsə tutulduğu barədə məlumat verilib.


Cakartada polisin antiterror əməliyyatı


İndoneziyada baş verən hadisə zamanı terrorçuların 2015-ci ilin noyabrın 13-də Parisdə törədilən terror ssenarisini təkrarladığı düşünülür. Həmin vaxt Fransada da ayrı-ayrı terrorçu qruplaşmalar Parisin müxtəlif məkanlarında - şəhərin şimal bölgəsindəki restoranlardan birində, “Stad de France” stadionu yaxınlığında və “Bataklan” teatrında partlayışlar törədilmişdi. Həmin terror aktları nəticəsində 153 nəfər ölmüş, azı 200 nəfər yaralanmışdı.



Fransada törədilən terror hadisəsi


Harada törədilməsindən asılı olmayaraq, bu terror təşkilatı 2006-cı ildən İŞİD adı ilə dünyanın müxtəlif ölkələrində terror hücumları təşkil edərək minlərlə insanı qətlə yetirib. İŞİD-in himayədarları və maliyyə təşkilatçıları ilə bağlı dünyanın bir sıra dövlətlərinin, liderlərin adı hallansa da, bu barədə hələlik dəqiq məlumat yoxdur. Hətta terrorçulara 40 ölkədən maliyyə daxil olduğu barədə məlumatların səsləndirilməsi, İŞİD-in hələ qarşıdakı illərdə də günahsız minlərcə insanın cəlladına çevriləcəyi şübhəsizdir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR