​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili”ndə görüləcək işlər müzakirə edilib

​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili”ndə görüləcək işlər müzakirə edilib
18:32 14 Yanvar 2016
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin iş planının təsdiqi ilə bağlı iclas keçirilib.
Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.
İclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açıb.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini və bununla bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi məsuliyyət qoyulduğunu vurğulayıb.
İclasda 8-15 fevral tarixində keçiriləcək "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş” mövzusunda Beynəlxalq Qış Məktəbinin təşkili ilə bağlı məlumat verilib. Qeyd olunub ki, 2015-ci ilin yaz semestrindən başlayaraq Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və ölkəmizin 7 ali məktəbində "Azərbaycan multikulturalizmi" fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Bu layihə növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. 8-15 fevral tarixlərində xüsusi fərqlənən tələbələr üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti tərəfindən beynəlxalq qış məktəbi təşkil olunacaq.
Həmçinin əlavə olunub ki, xarici universitetlərin tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə görməklə tamamlayacaqlar və Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerli və xarici tələbənin iştirakı planlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/baki-beynelxalq-multikulturalizm-merkezinde-multikulturalizm-ili-nde-gorulecek-isler-muzakire-edil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR