Deputat: Azərbaycanda idxalın əvəz edilməsinə yönələn məhsul istehsalı artırılmalıdır

Deputat: Azərbaycanda idxalın əvəz edilməsinə yönələn məhsul istehsalı artırılmalıdır
18:48 14 Yanvar 2016
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda idxalın əvəz edilməsinə yönələn məhsulların istehsalı artırılmalıdır. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli qeyd edib ki, təkcə yerli tələbatı ödəmək üçün deyil, həm də xaricə çıxarılması mümkün olan məhsulların istehsalını genişləndirmək və bu istiqamətdə xüsusi məqsədli planlar hazırlayıb həyata keçirmək lazımdır: “Əgər söhbət mürəkkəb texnologiya məhsullarından gedirsə, buna 10 illlərlə vaxt lazımdır. Ancaq digər xeyli sayda məhsul var ki, Azərbaycanda istehsal edilə bilər. Araşdırmalar aparılmalıdır ki, neftdən başqa hansı məhsulları ixrac edib gəlir əldə edə bilərik”.

Onun sözlərinə görə, neftdən sonra bir neçə istiqamət müəyyənləşdirilməlidir ki, Azərbaycanın ixracında xüsusi çəkiyə malik olsun: “Kənd təsərrüfatı burada mühüm rol oynaya bilər. Kənd təsərrüfatı məhsullarının həm daxili tələbatı ödəmək üçün istehsalını artırmaq, həm də keyfiyyətini artırmaqla xaricə çıxarmaq və valyuta qazanmaq olar. İkincisi isə bir sıra prioritet sahələr elan etmək və həmin sahələr üzrə innovasiyalı inkişaf proqramları işləyib hazırlamaq lazımdır. Sahibkarlara əlverişli kreditlərin verilməsini genişləndirmək, vergi güzəştləri tətbiq etmək lazımdır. Kənd təsərrüfatında çox işlər görmək lazımdır. Dövlət dəstəyi gücləndirilməli, güclü nəzarət mexanizmi yaradılmalıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR