Cüdo üzrə Azərbaycan millisinin Havana Qran-pri yarışları üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan millisinin Havana Qran-pri yarışları üçün heyəti açıqlanıb
18:53 14 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Cüdo üzrə Azərbaycan millisinin Kubada təşkil ediləcək Qran-pri turnirinə yollanacaq heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, millimiz paytaxt Havanada keçiriləcək yarışa əsas heyətlə qatılacaq. Belə ki, yığmanın baş məşqçisi Peter Zayzenbaher reytinq xarakterli turnirdə on iki idmançını sınaqdan keçirəcək.
Baş məşqçi Havanada Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdulhəqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (100 kq-dan yuxarı) şans verəcək.
Qeyd edək ki, yanvarın 22-də start götürəcək Qran-pri iki gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudo_uzre_Azerbaycan_millisinin_Havana_Qran_pri_yarislari_uchun_heyeti_achiqlanib-918502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR