Bakıda neft terminalında faciə: ölən var

Bakıda neft terminalında faciə: ölən var
19:12 14 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Səngəçaldakı neft-qaz terminalında bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, lent.az-ın məlumatına görə, yanvarın 7-də terminalın əməkdaşı, 1965-ci il təvəllüdlü Məmmədov Rəfael Cəbrayıl oğlu hündürlükdən yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şirkət əməkdaşı həkimlərin səyinə baxmayaraq yanvarın 13-də vəfat edib.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə iş başlansa da, sonradan cinayət işi 162.2-ci maddəyə tövsif edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR