Çörəyin qiymətini qaldıran mağaza müdiri tutuldu

Çörəyin qiymətini qaldıran mağaza müdiri tutuldu
19:17 14 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda süni qiymət artımı yaradan şəxs tutulub.

Milli.Az xəbər verir ki, APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində Bərdə Çörək Kombinatının mağaza müdiri İlqar Həsənov saxlanılıb.

O, son günlər respublikada manatın məzənnəsində baş verən dəyişiklikdən istifadə edərək süni qiymət artırmaqda təqsirləndirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında respublikada süni qiymət artımı yaradan şəxslərə qarşı qanuni tədbirlərin görülməsi barədə tapşırıq verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR