1,6 milyardlıq cek-potu 3 nəfər bölüşdürəcək

1,6 milyardlıq cek-potu 3 nəfər bölüşdürəcək
19:17 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı Powerball lotereyasının 1,6 milyard dollarlıq cek-potu Tennesi, Kaliforniya və Florida ştatlarında bilet almış 3 qalib arasında bölüşdürüləcək.

Milli.Az Reuters-ə istinadən bildirir ki, 1,6 milyard dollarlıq cek-pot ABŞ-da lotereyalar tarixində ən böyük mükafatlır. Bu cek-potu udmaq şansı 1:292 milyon nisbətində idi.

Satılmış biletlərdən heç biri uduşlu olmasaydı, cek-potun məbləği 2 milyard dollara çatacaqdı.

Cek-potu ya 29 il müddətində hissə-hissə almaq, ya da bütün məbləği birdəfəlik götürmək olar. Birdəfəlik götürmək variantında məbləğ 983,5 milyon dollara düşür. Üstəlik, qaliblərin hər biri uduşdan 25 fiazlik gəlir vergisi ödəməlidir.

Powerball lotereyasında satılan biletlərdən əldə olunan pulların 50 faizi mükafat fonduna yatırılır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR