Azərbaycan bir neçə ölkə ilə güzəşt razılığına gəldi

Azərbaycan bir neçə ölkə ilə güzəşt razılığına gəldi
19:17 14 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yük daşımaları üçün rəqabət qabiliyyətli güzəştli tariflərin müəyyənləşdirilməsi haqqında protokol imzalayıblar.

Protokolu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları"nın sədri Askar Mamin, "Gürcüstan Dəmir Yolları"nın sədri Mamuka Baxtadze və "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən Aleksandr Zavqorodni imzalayıblar.

Sənəd bu gün Bakıda imzalanıb. Sənəd Transxəzər marşrutu üzrə yük daşımaları üçün rəqabət qabiliyyətli güzəştli tariflərin müəyyənləşdirilməsini, marşrut üzrə qatarların hərəkətinin sadələşdirilməsi ilə bağlı kompleks tədbirlərin aparılmasını, yük dövriyyəsinin artırılmasını nəzərdə tutur.

Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tarif siyasəti fevralın ortalarınadək razılaşdırılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR