Qriqorçuk təkzib etdi: "Mən deməmişəm"

Qriqorçuk təkzib etdi:   "Mən deməmişəm"
19:22 14 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycandakı stadionların durumu ilə bağlı fikirlərimin əksini tapdığı xəbərlər məni xeyli təəccübləndirdi. Əminliklə deyə bilərəm ki, bu məlumatlar həqiqəti əks etdirmir”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukrayna və Latviya mətbuatında 51 yaşlı mütəxəssisin Azərbaycandakı stadionların durumundan narazı olduğu bildirilir. Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bildirib ki, stadionlar barədə fikirlərini heç bir mətbu orqanı ilə bölüşməyib: 


“Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. Bu mübahisəyə ehtiyacı olmayan faktdı. O ki qaldı ölkə çempionatında çıxış etdiyimiz arenalara, demək olar ki, bütün komandaların yüksək səviyyəli stadionu var. Xüsusilə, "Bakcell Arena" mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdi. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudu. Bu da təbii ki, bütün stadionlara aid deyil. Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur  ideal səviyyədədi. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qriqorcuk-tkzib-etdi-t46801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR