Rusiyalı deputat: "Rusiya və Azərbaycanın arasını vurmaq cəhdləri bir nəticə verməyəcək"

Rusiyalı deputat: "Rusiya və Azərbaycanın arasını vurmaq cəhdləri bir nəticə verməyəcək"
19:22 14 Yanvar 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "Dünyada müşahidə olunan iqtisadi böhran və neftin qiymətinin aşağı olması Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın fəallaşmasına gətirib çıxaracaq".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
"Azərbaycan artıq məhsullarının tədarükünə görə Rusiyada ilk yerlərdən birini tutur. Rusiya isə kənd təsərrüfatı texnikası, ağır texnikanın tədarükü ilə Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək", - deyə D.Savelyev bildirib.
Öz növbəsində, Dövlət Dumasının deputatı Roman Xudyakov uğurlu əməkdaşlığın əsas səbəbi kimi iki ölkənin rəhbərləri arasında qarşılıqlı anlaşmanı və qardaş xalqlar arasında qarşılıqlı hörməti göstərib. O bildirib ki, bir çox ölkələrdən fərqli, Rusiya Azərbaycanın öz siyasətini həyata keçirməsinə və öz maraqlarını qorumasına hörmətlə yanaşır.
Deputatın fikrincə, son illərdə hər iki ölkə Avropa dövlətləri və ABŞ ilə münasibətlərdə çətinliklər yaşayır, amma bu, nəinki Rusiya və Azərbaycan arasında qarşıdurmaya gətirib çıxaracaq, hətta əksinə, ölkələrin yaxınlaşmasına təkan verəcək: "Rusiya və Azərbaycanın arasını vurmaq cəhdləri bir nəticə verməyəcək. Bizi ortaq keçmişimiz birləşdirir".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/rusiyali-deputat-rusiya-ve-azerbaycanin-arasini-vurmaq-cehdleri-bir-netice-vermeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR