“Belavia” Bakıya da biletlərin qiymətini azaldıb

“Belavia” Bakıya da biletlərin qiymətini azaldıb
19:38 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 14 yanvar, AZƏRTAC
“Belavia” aviaşirkəti 16 istiqamət üzrə biletlərin qiymətini azaldıb. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bu məlumat Belarus aviaşirkətinin Facebook səhifəsində yerləşdirilib.
Stokholm, Helsinki, Budapeşt, Xarkov, Odessa və Kiyev şəhərlərinə biletin qiyməti 149 avro, Bakı, Nitsa, Paris, Astana, London, Almatı, Cenevrə, Aşqabad, Təl-Əviv, Barselona şəhərlərinə biletin qiyməti 249 avro müəyyən edilib. Buraya hər iki istiqamətdə uçuşun qiyməti və rüsumlar daxildir.
Xatırladaq ki, bu qiymətlər yanvarın 14-dən martın 31-dək səyahətlərə tətbiq ediləcək. Biletləri bu qiymətə yalnız yanvarın 14-dən 20-dək ala bilərsiniz.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk,

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belavia_Bakiya_da_biletlerin_qiymetini_azaldib-918525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR