BMT-nin ali nümayəndəsi Azərbaycan hökumətinə təşəkkür edib

BMT-nin ali nümayəndəsi Azərbaycan hökumətinə təşəkkür edib
19:42 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ BMT-nin ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser BMT Sivilizasiyalar Alyansına dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə BMT Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər keçirmək və BMT-nin qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda görüşündə iştirak etmək məqsədilə yanvarın 12-dən 16-dək Nyu-Yorka səfərə gedib.
Səfər çərçivəsində Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al -Nasser ilə görüş keçirib. Ali nümayəndə BMT Sivilizasiyalar Alyansına və ümumiyyətlə dünyada mədəniyyətlərarası dialoqa dəstəyinə və töhfələrin görə Azərbaycan hökumətinə və ölkə rəhbərinə öz təşəkkürünü bildirib və 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna təşkilatın ən yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
Vasif Eyvazzadə 7-ci Qlobal Forumun Təşkilat komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını ali nümayəndəyə çatdıraraq Foruma ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü, Prezident İlham Əliyevin 2015-ci ilin yekunlarına dair iclasda sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunduğunu, habelə müvafiq sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini və bununla bağlı Tədbirlər Planı hazırlanacağını diqqətə çatdırıb.
BMT Sivilizasiyalar Alyansının tarixində ilk belə hadisədir ki, Foruma ev sahibliyi edən ölkə həmin ili Alyansın ideyalarına həsr edir.
Görüşdə mart ayında Forumun BMT baş qərargahında təqdimatı, BMTSA nümayəndə heyətinin Azərbaycana səfəri, “Multikulturalizm ili” ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bmt-nin-ali-numayendesi-azerbaycan-hokumetine-tesekkur-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR