2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların həcmi artacaq

2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların həcmi artacaq
19:43 14 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Laçın Sultanova, AZƏRTAC
2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların ümumi həcmi 300 min konteynerdən çox olacaq.
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan dəmir yolları” səhmdar cəmiyyətinin prezidenti Askar Mamin bu fikri Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolları rəhbərlərinin Bakıda keçirilən görüşündə səsləndirib.
“Qazaxıstan dəmir yolları” SC-nin rəhbəri bu nəqliyyat dəhlizinin yüksək potensiala malik olduğunu göstərərək bildirib ki, Avropa ilə Asiya arasında ticarətin həcminin artmasını nəzərə alaraq daşımaları xeyli artırmaq olar. A.Mamin onu da xatırladıb ki, 2015-ci ildə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Çindən Avropaya gedən konteyner qatarlarının eksperimental səfərləri uğurlu olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2020_ci_ile_qeder_Transxezer_neqliyyat_dehlizi_uzre_dasimalarin_hecmi_artacaq-918530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR