Bərdədə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Bərdədə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
19:48 14 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 14 yanvar, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, yeni suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.
Bərdə suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun əkin sahələri mənbəyini Kür çayından və Yuxarı Qarabağ kanalından götürən 1368,8 kilometr suvarma kanalı, 12 nasos stansiyası vasitəsilə suvarılır. Əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 2015-ci ildə suvarma kanallarında 1025 min kubmetr təmizləmə işləri aparılıb, 1 kilometr beton kanal və 2 nasos stansiyası əsaslı, 11 kilometr beton kanal, 114 hidrotexniki qurğu cari təmir edilib. Görülmüş işlər nəticəsində 53949 hektar əkin sahəsi orta hesabla 4,8 dəfə suvarılıb.
Cari ildə isə 2,7 kilometr beton kanalın əsaslı, 11 kilometr beton kanalın və 200 hidrotexniki qurğunun təmir edilməsi nəzərdə tutulur.
Bərdə rayonunda istismarda olan subartezian quyularının təmir-bərpası və yenilərinin qazılması da diqqət mərkəzində saxlanılır. Subartezian quyularının istismarı idarəsindən verilən məlumata görə, idarənin balansında olan subartezian quyularının 660-ı əkin sahələrinin suvarılmasında, 110-u isə həyətyanı sahələrin suvarılmasında və içməli su kimi istifadə olunur. Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun kəndlərində, ümumilikdə, 20 subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istfadəyə verilməsi ilə rayonun Bala Qacar, Soğanverdilər, Əmirli, Xanərəb, Samuxlu, Əliyanlı, Kətəlparaq, Şirvanlı, Hüseynbəyli, Şahvəlilər, Xanağalı, Mirzəcəfərli, Cəyirli, Hacallı, Qazıqurdalı və Qaradəmirçi kəndlərində 650 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib.
Bundan başqa, ilin əvvəlindən idarə tərəfindən 20 subartezian quyusu əsaslı, 580 nasos cari təmir edilib. Həyata keçirilən tədbirlər nəticəsində 770 quyu vasitəsilə 17500 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı ödənilib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrın 15-də imzaladığı digər Sərəncamla cari ildə rayonun Soğanverdilər, Xanərəb, Piyadalar, Əmirli, Mirzalıbəyli, İkinci Hacallı, Qayalı, Güloğlular, Uğurbəyli kəndlərində daha 9 subartezian quyusu qazılacaq.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_ekinlerin_suvarma_suyu_ile_teminati_yaxsilasdirilir-918533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR