ADMİU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olublar

ADMİU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olublar
19:48 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) IV kurs tələbələri İspaniyada keçirilən nüfuzlu “Gran Fiesta” beynəlxalq incəsənət festivalı və müsabiqəsinin qalib olublar. Universitetin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Azər Səlimli xanəndəlik üzrə (xalq vokalı) çıxış edən 300 iştirakçı arasında birinci yerə layiq görülüb. Bir turdan ibarət müsabiqədə gənc ifaçı “Osmanı” zərbi muğamını ifa edib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, qarmon ifaçısı Fərid Quliyev isə instrumental ifa nominasiyasında “Köhnə Bakı” rəqsini ifa edərək 150-dək iştirakçı arasında birinci yeri tutub. Azərbaycanlı tələbələrin ifası müsabiqədə böyük maraqla qarşılanıb.
Qırxadək ölkədən minədək iştirakçısının qatıldığı müsabiqə müxtəlif nominasiyalar üzrə keçirilib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADMIU_nun_telebeleri_beynelxalq_musabiqenin_qalibi_olublar-918531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR