Məşhur aktyor öldü (FOTO)

Məşhur aktyor öldü (FOTO)
19:51 14 Yanvar 2016
32 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Alan Rikman 70 yaşında dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, aktyor ağciyər xərçəngindən ölüb. Bu barədə aktyorun qohumları The Guardian qəzətinə deyib.

Alan Rikman 1991-ci ildə “Robin Qud: Oğruların şahzadəsi” filmi ilə tanınıb. “Harri Poter” serialında “Severus Sneyp”i canlandırıb.

“Severus Sneyp” ilk dəfə “Harri Potter və Fəlsəfə Daşı” romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə iksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir. Sneyp qəddar və tərs müəllimdir, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır.


"Severus Sneyp"

Harri Poter ingilis yazarı Coan Roulinq tərəfindən qələmə alınan fantastik yeddi roman, səkkiz filmlə ağ pərdəyə uyğunlaşdırılıb. Sonuncu seriyası 2011-ci ildə çəkilib. Ən çox gəlir əldə edən filmlərin siyasında 7.7 milyard dollarla 2-ci yerdədir.


"Harri Poter"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR