Ombudsman Aparatında ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

20:03 14 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Ombudsman Aparatında 2015-ci ildə görülmüş işlərin, 2016-cı ildə qarşıda duran vəzifələrin və gələcək fəaliyyət planlarının müzakirəsinə həsr edilən iclas keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilin əvvəlində hər bir qurumun ötən ildə görülmüş işləri təhlil etməsinin, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməsinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Azərbaycan Ombudsman təsisatının gələcək fəaliyyətinin əsas məqsəd və məramı insan hüquq və azadlıqlarının təmin olunmasına, pozulmuş insan hüquqlarının bərpasına, hüquq pozuntularının qarşısının alınmasına, demokratiya meyarlarına cavab verən insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib. Ombudsman ötən il keçirilmiş tədbirlər, görülmüş işlər barədə məlumat verib. O, 2016-cı ildə də insan hüquqlarının müdafiəsi və təbliği ilə əlaqədar həyata keçirəcək tədbirlərin əhəmiyyətli olacağını bildirib. Həmçinin Prezidentin Sərəncamı ilə bu ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı paytaxtda və bölgələrdə silsilə tədbirlərin, maarifləndirici treninq-seminarların keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Müvəkkil “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası üzrə, habelə Milli Preventiv Mexanizm qismində, hüquqi maarifləndirmə və digər fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək cari ildə ölkəmizdə insan hüquqlarının təmin olunmasının səmərəliliyinin artırılması, idarəçilik sisteminin təkmilləşdirilməsi, insanların sosial rifahının yaxşılaşdırılması, korrupsiya və digər bu kimi neqativ halların azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Həmçinin bu məsələlərin Ombudsman təsisatının fəaliyyətində də xüsusilə nəzərə alınmasının vacibliyini qeyd edib.
Toplantıda regional mərkəzlərin ötən ildəki fəaliyyəti, əhalinin hüquqi maarifləndirilməsi sahəsində görülmüş işlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.
Qarşıda duran perspektiv vəzifələr müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Həmçinin insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, dövlət orqanları və QHT-lərlə əməkdaşlığın genişləndirilməsi prioritet məqsəd kimi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ombudsman_Aparatinda_ilin_yekunlari_ve_qarsida_duran_vezifeler_muzakire_edilib-918546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR