Gəncəlilərin sayı qəfil "artdı": "Heç ailəli deyil..."

Gəncəlilərin sayı qəfil "artdı": "Heç ailəli deyil..."
20:05 14 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə su pulunun ödənişi ilə bağlı ailə tərkiblərinin düzgün göstərilməməsi "Sukanal" Törəmə Səhmdar Cəmiyyəti ilə vətəndaşlar arasında narazılıq yaradıb. Abonentlər ailə tərkibinin düzgün göstərilməməsindən, qarşı tərəf isə Mənzil İstismar sahələrinin saxta arayış verməsindən şikayətlənir. Ətraflı qarşıdakı materialda...

Gəncədə yeni ilin başlanğıcında su pulunun ödənişi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Bu gün səhər saatlarından sakinlərin Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin inzibati binasına axını müşahidə olunub. Kəpəz TV (Region TV) xəbər verir ki, abonentlər evlərinə göndərilən bildirişlərdə ailə tərkiblərinin düzgün göstərilməməsindən şikayətlənirlər. 

Tofiq Əsgərov - abonent: "Evdə bir nəfər var. Ancaq 4 nəfər yazılıb. Şikayətimizə də baxan yoxdur. Hansı otağa daxil olursan, deyir gedin kimə deyirsiniz, deyin". 

Hüseyn Abdullayev - abonent: "Hüseynova Zərinə ailəli deyil. 15 ildir bir nəfər kimi su pulu verir. 2015-ci ilin dekbar ayının 1-dən isə 4 nəfər yazıblar. Bu, ailəli də deyil, tək yaşayır, necə 4 nəfər ola bilər?!"

Sakinlər ailə tərkiblərinin artırılmasına birmənalı olaraq etiraz edirlər. Onlar vəziyyətdən çıxış yolu kimi mənzillərin sayğacla təchiz edilməsini göstərirlər. 

Akif Rüstəmov - abonent: "Gəldilər-getdilər, bir dəfə gəldi 10, bir dəfə gəldi ki, 12 manat ver, sayğac qoyaq. Sonda dedim verirəm, qoyun, yenə əməl etmədilər, çıxıb getdilər. Dedilər, sayğac yoxdur". 

"Azərsu" ASC-nin "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən isə bildirirlər ki, abonentlərin ailə tərkibləri ilə bağlı küçə üçlükləri və Mənzil İstismar sahələrindən verilən arayışlar keçərli deyil. Ona görə də vətəndaşlar ailə tərkibləri haqqında arayışları "ASAN Xidmət" mərkəzindən almalıdırlar.

Törəmə Səhmdar Cəmiyyətin müştəri xidmətləri şöbəsinin rəisi Bəxtiyar Məmişovun sözlərinə görə, əgər hər hansı abonent arayış təqdim etməkdən imtina edib mənzilinə sayğac quraşdırmaq istəyirsə, bu, onun şəxsi vəsaiti hesabına həyata keçirilir. 

Bəxtiyar Məmişov - Gəncə Sukanal TSC-nin şöbə rəisi: "Gəncə şəhərinin su və kanalizasiya şəbəkəsi dəyişdirilir. Yeni xətlər çəkildikdcə əhaliyə pulsuz olaraq smartkart tipli elektron sayğaclar quraşdırılır. Bu gün mexaniki sayğacların quraşdırılması abonentin özü tərəfindən həyata keçirilir". 

Məsələyə bu gün keçirilən vətəndaş qəbulunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də münasibət bildirib. 

Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: "Bütün qaz, işıq, su sayğaclarının dəyəri dövlət tərəfindən ödənilir. İndi müraciətlər oldu, bəzi şəxslər bundan istifadə etmək istəyir. Vətəndaş buna görə heç nə ödəməli deyil". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR