Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 15-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyət və antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması" mövzusunda regional müşavirə keçirəcək.
Dövlət Fitosanitar Nəzarəti Xidmətindən "Report"a verilən məlumata görə, regional müşavirədə karantin və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyət təhlil olunacaq, zərərverici həşəratların yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi, pestisidlərin səmərəli tətbiqi yolları və digər mövzularda çıxışlar dinləniləcək, müzakirələr aparılacaq.