Cənub Regional Televiziya Şirkəti Beynəlxalq Miqrasiya Təşkilatının elan etdiyi layihənin qalibi olub

20:13 14 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 14 yanvar, AZƏRTAC
Cənub Regional Televiziya Şirkəti (CTV) Beynəlxalq Miqrasiya Təşkilatının elan etdiyi layihədə qalib olub və təşkilatın növbəti layihəsini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, layihə insan alveri ilə mübarizə və təhlükəsiz miqrasiya barədə ictimai maarifləndirmə mövzusunda olmaqla, əsasən insan alveri, məişət zorakılığı, miqrasiya məsələləri, erkən nikah və digər aktual problemləri əhatə edir.
Beynəlxalq Miqrasiya Təşkilatının Avstriya və Bakı nümayəndələrinin üzvləri, sosioloq, psixoloq və hüquqşünaslar, “Lənkəran” qəzetinin yaradıcı heyəti, həmçinin CTV-nin əməkdaşlarının iştirakı ilə şirkətin konfrans zalında layihənin əsas istiqamətləri müzakirə olunub.
Tərəfdaşlar, həmçinin layihə çərçivəsində qarşıdakı günlərdə reallaşacaq verilişlərlə bağlı təklif və tövsiyələrini bildiriblər.
Qeyd edək ki, CTV-nin efirində hər bazar günü yayımlanan “Üz-üzə” verilişinin 8 buraxılışı bu layihəyə həsr olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenub_Regional_Televiziya_Sirketi_Beynelxalq_Miqrasiya_Teskilatinin_elan_etdiyi_layihenin_qalibi_olub-918551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR