Bolqarıstanın Baş naziri Avropa İttifaqını xarici sərhədlərini təcili bağlamağa çağırıb

Bolqarıstanın Baş naziri Avropa İttifaqını xarici sərhədlərini təcili bağlamağa çağırıb
20:13 14 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Sofiya, 14 yanvar, AZƏRTAC
Bolqarıstanın Baş naziri Boyko Borisov ölkə parlamentində çıxış edərkən bildirib ki, Avropa İttifaqı xarici sərhədlərini təcili bağlamalıdır. O qeyd edib ki, bundan sonra Avropa İttifaqı ölkələrinə daxil olan qaçqınları geri qaytarmaq lazımdır. Qaçqınları qəbul edən ölkələr arasında bölünən məcburi kvotalar artıq çatmır. Keçən il 27 min qaçqın Bolqarıstan ərazisinə daxil olaraq Avropa İttifaqının digər ölkələrinə üz tutublar.
Bolqarıstan qaçqınlar axınının qarşısını almaq üçün Türkiyə ilə sərhəddə sədd inşa edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolqaristanin_Bas_naziri_Avropa_Ittifaqini_xarici_serhedlerini_tecili_baglamaga_chagirib-918550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR