Xəyanət böyük sevgiyə son qoydu (FOTO)

Xəyanət böyük sevgiyə son qoydu (FOTO)
20:16 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının və “Fənərbağça” klubunun məşhur futbolçusu Caner Erkin 6 illik həyat yoldaşı Asena Erkin ilə boşanır.

ANS PRESS-in məlumatına görə, ulduz futbolçu ötən gün məhkəməyə ərizə verib. Futbolçu verdiyi ərizədə həyat yoldaşı ilə yola getmədiklərini, həyatlarının dözülməz hala gəldiyini və evlilik birliyinin kökündən sarsıldığını ifadə edib.

Cütlük qarşılıqlı razılıqla boşanıb. Onların arasında əmlak bölgüsü olmayacaq. Oğulları Çinar anasında qalacaq. Futbolçu uşağıyla bəlli günlərdə görüşəcək. Asena isə qızlıq soyadına qayıdacaq.

Caner Erkin hər ay yoldaşına 10 bin lira (5 min 177 manat) ödəyəcək.


Berkay - müğənni

Cütlüyün ayrılma səbəbi isə Asena Erkinin müğənni Berkayla gizli münasibətləri olmasıdır.

2014-cü ildə tanınmış futbolçu həyat yoldaşına yaşıl rəngli "Lamborghini” hədiyyə verib.

Qiyməti 1,8 milyon olan yaşıl rəngli idman avtomobilində fotoları yayılan Asena Erkin bildirib ki, bu həyatının ən bahalı avtomobilidir.


"Lamborghini”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR