Bakı məktəbində qalmaqallı hadisə

Bakı məktəbində qalmaqallı hadisə
20:17 14 Yanvar 2016
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Publika.az yazır ki, Səbail Rayon Polis İdarəsindən haqqin.az-a bildirilib ki, bu günlərdə bir məktəbli qızın anası şikayət ərizəsi ilə müraciət edib. Qadın bildirib ki, Üzeyir Hacıbəyov küçəsində yerləşən 7 nömrəli məktəbdə səs-küylü hadisə baş verib. 

Çərşənbə axşamı qadının 6-cı sinifdə oxuyan qızı məktəbə kiçik bacısını gətirmək üçün gedib, foyedə onu gözləyirmiş. Yavaş-yavaş yaxınlaşan mühafizəçi qəfildən qızı tutub və onu özünə çəkib. Kişi uşağı öpməyə və seksual xarakterli başqa hərəkətlər etməyə çalışıb. Xoşbəxtlikdən, qız mühafizəçinin əlindən qurtulmağı bacarıb. Evdə o, başına gələn hər şeyi anasına danışıb və bundan sonra qızın anası polisə müraciət edib.
 
Hüquq-mühafizə orqanlarından bildirilir ki, hazırda fakt üzrə cinayət işi açılıb. Həddi-buluğa çatmamış qıza qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilinən M.Muxtarov hələ də saxlanılmayıb. Əgər axtarılan şəxsin əməlləri sübut edilərsə, o, cinayət məsuliyyətinə cəlb ediləcək. 
 
İlkin araşdırmanın gedişatında məlum olub ki, M.Muxtarov mühafizə şirkətinin işçisidir. Məktəbin işçiləri isə güman etmirdilər ki, mühafizə şirkətində bu cür məsuliyyətsiz şəxslər işləyə bilərlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR