Üzr istəməkdən çəkinməyin

Üzr istəməkdən çəkinməyin
21:13 14 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Ən yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur. 

Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. "Gözəl tərbiyə" dedikdə, ilk növbədə, adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək və s. bu kimi keyfiyyətlər gəlir.

Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tuturlar. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.

Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərəkdən xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməllərinizə göz qoyur, sizdən öyrənirlər. Öyrənmək deyəndə sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, bir də onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad eləmir, amma bunu üzə vurub onu üzmür, sadəcə, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.

Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o vədinizi unutmusunuz. Övladınız da o sözü sizə xatırlatmağa həya edir, istəmir ki, qəlbinizi qırsın və ya sizə inanmadığınızı üzünüzə desin. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Övladın nəzərində öz etimadınızı bərpa etmək üçün mütləq üzr istəmək lazımdır. Təkcə üzr istəmək yetərli deyil, verdiyiniz sözü də yerinə yetirməyə çalışmalısınız. Əgər iş işdən keçibsə, yəni o vədiniz daha bir əhəmiyyət daşımırsa və ya onu yerinə yetirmək mümkün deyilsə, o xətanı kompensasiya edə bilmək üçün təkliflər irəli sürməlisiniz. Yəni əsas məsələ etimadı bərpa etmək, övladın nəzərində yalançı valideyn kimi tanınmamaqdır.

Başqa misallar gətirək: Sizə lazım olub və heç fərqinə varmadan övladınız üçün çox gərəkli bir kağızı və ya hər hansı yazını onun icazəsi olmadan götürmüsünüz. İndi övladınız o itkinin yerini doldurmaq üçün xeyli əziyyət çəkməlidir. Əlbəttə, üzr istəmək lazım gələcək.

Başqa bir misal: Dərs ili başlayıb, amma siz hansısa problem üzündən övladınıza vəd etdiyiniz şeyləri hələ də ala bilməmisiniz. Əlbəttə, həm üzr istəmək, həm də həqiqəti onunla paylaşmaq lazımdır.

Dərs ilini uğurla başa vuracağı təqdirdə, ona velosiped hədiyyə edəcəyinizi demişdiniz, yenə sizdən asılı olmayan və ya hansısa üzrlü səbəbə görə gecikir və övladınız o xəyalına qovuşmaq üçün çox səbirsizlənir. Yenə həm üzr istəyəcək, həm də gerçəyi söyləyib, bir qədər də gözləməsini xahiş edəcəksiniz.

Təkcə övladdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı xəta işləmisinizsə, ondan üzr istəmək sizi hamının gözündə daha da ucaldar.

Təbii ki, həssas davranmalı və mümkün qədər xətalardan, günahlardan uzaq durmağa çalışmalıyıq. Amma əlimizdən bir xəta çıxdısa, onu aradan qaldırmaq üçün də əlimizdən gələni etməliyik. Sizin övladınız başa düşməlidir ki, insan  başqalarının haqqını tapdamamağı, tapdadısa, xətasını anlayan kimi haqqı, ədaləti bərpa etməyi özünün həyat prinsipinə çevirməlidir.

Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında iftira danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra övladınız nə qədər çalışsa da, öz nəzərində sizin dürüst insan obrazınızı formalaşdıra bilməyəcək.

Üzr istəmək mənəvi yüksəklikdir, üzr istəyən ədalətli adamdır. Həm də cəza alacağından qorxmadan, güclü, üstün olduğu halda üzr istəmək, qarşı tərəfin kim olmasından, sosial durumundan asılı olmayaraq ondan halallıq istəmək böyüklükdür.

Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.

Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar versə, başını o qədər aşağı dikər. Barlı ağac kimi dolu olub, təvazökar davranmaq üstünlükdür.

Bu məsələdə orta yolu tutmaq çox önəmlidir. Təkəbbür göstərmək zərərli, özünə zülm etmək olduğu kimi, xəta işləməyi və üzr istəməyi adət halına gətirmək də insana bir şey qazandırmaz. Amma bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır.

Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir xəta işlədiklərini anlayan kimi üzr istəyə bilsinlər. Yəni tərbiyənin təməli valideynlərin üzərinə düşür. Bu mövzuda valideynlər nə əkərlərsə, onu da biçərlər. Doğrudur, bəzən bu prinsip də özünü doğrultmur, amma hər halda biz valideyn olaraq boynumuza düşənləri qüsursuz şəkildə yerinə yetirməklə mükəlləfik.

Üzr istəməyən və ya üzr istəmək istəməyən övlad ya bunun qarşılığını nə zamansa ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən çıxdaş edilir. Əslində, bu cür insanları kimsə sevməz, onlara etibar, etimad etməz. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq çevrədən başlayaraq mərkəzə doğru yaxınlaşır və bir gün övlad eyni münasibəti ən yaxınlarına, valideynlərinə belə göstərir.

Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevər. Yəni başqalarının günahını bağışlayan birisi Allah-Təalanın bu sifətini götürmüş olur. Nə qədər də gözəldir, elə deyilmi?

Evdə övladlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, amma əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də nə dediyinizi və nə deyəcəyinizi irəlicədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsinizsə gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz yaşayaraq nümayiş etdirəsiniz. Uşaq sizin söylədiklərinizi sözdən deyil, gördüklərindən alaraq öz ruhuna, xarakterinə hopdurmalıdır. Əgər bunu bacarsanız, demək, məqsədinizə nail ola bilmisiniz.

Üzr istəməkdən çəkinməyin. Siz övladınızdan üzr istəyin ki, o da böyüyüb bir xəta işləyəndə başqalarından üzr istəyə bilsin. Yoxsa hansı əməl boşa gedəcək ki?! Bir gün hər şeyin hesab-kitabı olmayacaqmı?- Əlbəttə, olacaq. Var, inanın ki, var, hər alınan nəfəsin, hər atılan addımın hesab-kitaba çəkiləcəyi bir gün var. Övladınızı o günə hazırlamaq istəyirsinizsə, bu dediklərimiz haqqında ciddi-ciddi düşünməlisiniz. Düşünün, doğru istiqamətdə düşünmək də ibadətdir. Düşünün, Allah köməyiniz olsun!
"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ƏN QƏRİBƏ toy geyimləri

22 Sentyabr 2017 15:33

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək

22 Sentyabr 2017 15:32

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

22 Sentyabr 2017 15:32

Zəlzələdən sonra yaşananlar hər kəsi şoka saldı

22 Sentyabr 2017 15:29

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

22 Sentyabr 2017 15:28

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

22 Sentyabr 2017 15:27

Nizami Baloğlanov: "Azərbaycanlıların Rusiya dövlət strukturlarına müraciətləri cavabsız qalıb"

22 Sentyabr 2017 15:22

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

22 Sentyabr 2017 15:22

SORĞU: Deyirlər ki, sabah dünya dağılacaq

22 Sentyabr 2017 15:20

Erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirildi - FOTO

22 Sentyabr 2017 15:19

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

22 Sentyabr 2017 15:17

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:17

® “Bank of Baku” Şənbə və Bazar günləri də müştərilərin xidmətindədir!

22 Sentyabr 2017 15:14

"Apple"dən daha bir yenilik

22 Sentyabr 2017 15:13

Azərbaycan üçün vacib 3 gün...

22 Sentyabr 2017 15:13

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

22 Sentyabr 2017 15:09

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

22 Sentyabr 2017 15:07

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

22 Sentyabr 2017 15:04

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi - FOTOLAR

22 Sentyabr 2017 15:03

Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

22 Sentyabr 2017 15:02

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

22 Sentyabr 2017 14:59

Dahi şairimizin ev muzeyi söküldü

22 Sentyabr 2017 14:59

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

22 Sentyabr 2017 14:57

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

22 Sentyabr 2017 14:54

Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU

22 Sentyabr 2017 14:53

Azad Rəhimov “Minsk 2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edib

22 Sentyabr 2017 14:52

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

22 Sentyabr 2017 14:52

DİQQƏT: Məktəb direktorları üçün yeni layihəyə

22 Sentyabr 2017 14:52

Pərpətöyün turşusunun hazırlanması

22 Sentyabr 2017 14:49

İldə bir qadınla sevgili olan 60 yaşlı aparıcı haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

22 Sentyabr 2017 14:48

Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

22 Sentyabr 2017 14:47

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

22 Sentyabr 2017 14:47

UCİ-a yeni prezident seçilib

22 Sentyabr 2017 14:47

Nadir Qafarzadə ölkədən getmək istəyir

22 Sentyabr 2017 14:45

Yüzillik müqavilə işə salınır: Ankaradan MÜHARİBƏ XƏBƏRDARLIĞI

22 Sentyabr 2017 14:43

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

22 Sentyabr 2017 14:35

Abşeronda 13 yaşlı bu oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 14:34

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

22 Sentyabr 2017 14:32

“AAAF Park”ın rəhbəri həbs edildi

22 Sentyabr 2017 14:31

“Premium Travel” rəhbəri Aydın Əhmədov: "Novruz bayramına otellərdəki nömrələrin 90%-dən çoxu tutulub"

22 Sentyabr 2017 14:27

Azərbaycan torpaqları geri qaytarılır...

22 Sentyabr 2017 14:24

Gecə yolda uşaq gördü, maşını saxladı - BAŞINA GƏLMƏYƏN QALMADI

22 Sentyabr 2017 14:23

İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub

22 Sentyabr 2017 14:22

Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq

22 Sentyabr 2017 14:18

2020-ci ildən “Ümid” yatağında ikinci özülün tikintisinə başlanılması planlaşdırılır

22 Sentyabr 2017 14:17

IEA: Elektrikli avtomobillərdən istifadə neft hətta 30 dollardan ucuz olmasa belə sərfəlidir

22 Sentyabr 2017 14:17

Hava qeyri-sabit keçəcək, yağış yağacaq, dolu düşəcək

22 Sentyabr 2017 14:14

İnternetin ən təhlükəli insanının ADI AÇIQLANDI – müğənni Avril Lavin

22 Sentyabr 2017 14:13

Son bir ayda Banqladeşə sığınan Rohingya qaçqınlarının sayı 430 min nəfəri keçib

22 Sentyabr 2017 14:12

Almaniyada “Ştutqart” futbol klubunun məşq bazasında bomba tapılıb

22 Sentyabr 2017 14:12