Bu cihaz infarkt riskini təyin edə bilər

Bu cihaz infarkt riskini təyin edə bilər
21:17 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Norveçin Spin Chip Diagnostics AS şirkəti qanın ekspress-analizi üçün kiçik ölçüdə cihaz hazırlayıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki,  bu cihaz bir neçə dəqiqə ərzində insanın qanını analiz edir. Alimlərin sözlərinə görə, yeni cihaz 1-2 ildən sonra bazara çıxarılacaq və insanlara qan analizi vermək üçün laboratoriyalara  getmək ehtiyac qalmayacaq. 
Kiçik cihaza üzərində pasiyentin 1 damla qanı olan xüsusi kartric yerləşdirilir və cihaz bir neçə dəqiqədən sonra nəticələr göstərir. 
Alimlərin fikirinə görə, bu yeni cihaz həmçinin insanda infarkt riskini təyin edə bilər. Həmçinin cihaz şəkərli diabet, xərçəng, iltihabların erkən diaqnostikasında  böyük kömək edəcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR