Neft 50 dollara qədər bahalaşacaq

Neft 50 dollara qədər bahalaşacaq
21:37 14 Yanvar 2016
127 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiyməti hələ ən aşağı nöqtəyə çatmayıb, lakin 2016-cı ilin sonunda vəziyyət sabitləşəcək və qara qızılın qiyməti 50 dollara qədər qalxacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Goldman Sachs Asset Management şirkətinin Frankfurt filialının icraçı direktoru Sandra Qrabenveqer-Strakaya istindən Rambler News Service nəşri yazır.

O bildirib ki, neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi qışın isti keçməsi ilə əlaqədar enerjiyə təlabatın azalması və Çinin və digər inkişaf edən ölkələrin iqtisadi artımının zəifləməsidir.

Sandra qeyd edib ki, neft böhranı ən çox Rusiya və Braziliya kimi ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Xammalın ucuzlaşmasından isə daha çox Hindistan faydalanacaq: ehtimal olunur ki, 2016-cı ildə ölkənin ÜDM-ü 6% artacaq.

Yanvarın 14-də Brent markalı neftin qiyməti dünya bazarında bir barelə görə 30,70 dollar, WTI nefti isə - 31,49 dollar təşkil edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR