"Bu xəbəri sizdən eşitdim" - Eldar Quliyev

"Bu xəbəri sizdən eşitdim" - Eldar Quliyev
21:41 14 Yanvar 2016
29 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti, görkəmli kinorejissor Eldar Quliyev Azərbaycan Respulikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Milli Kino" mükafatına layiq görülüb.

Axşam.az-ın məlumatına görə, rejissor "Report"a açıqlamasında mükafat alması xəbərini belə şərh edib: "Hazırda evdəyəm. Bir müddətdir özümü yaxşı hiss etmirəm. Bu səbəbdən də heç yerə getmirəm, müsahibə vermirəm. "Milli Kino" mükafatına layiq görülməyimi sizdən eşitdim. Sağ olsunlar".

Xatırladaq ki, yanvarın 18-də Eldar Quliyevin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan kinosuna verdiyi töhfələrə görə Azərbaycan Respulikası Kinematoqrafçılar İttifaqı görkəmli rejissoru “Milli kino" mükafatına layiq görüb. Bu barədə İttifaqın idarə heyətində qərar qəbul olunub.

Bundan əlavə, E.Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR