"Azərbaycan tək məmurlara, müğənnilərə məxsus deyil" - Kənan M.M.

"Azərbaycan tək məmurlara, müğənnilərə məxsus deyil" - Kənan M.M.
21:56 14 Yanvar 2016
132 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Kənan Mahmudov Azərbaycanda devalvasiyadan sonra yaranan iqtisadi çətinliklərdən danışıb.

Axşam.az xəbər verir ki, o, big.az-a açıqlamasında böhrandan çıxmaq istiqamətində dövlətin tədbir görəcəyinə inandığını qeyd edib:
 
“Çox pis olacaq. Yaxşı heç nə olmayacaq. Ana var ki, südü kəsilib və bu gündəlik övladına marketdən alınma yeməklər verməlidir. Uşağın bu riyazi rəqəmlərdən xəbəri yoxdu, onun bir istəyi var, yemək. Düşündükcə dəli oluram. Öz yerimə yox, imkansız insanların yerinə... “Dollar qalxdı, əcəb oldu” deyən insanlar elə düşünür. Çünki insani keyfiyyətləri ora kimidir.
 
Toxun acdan heç vaxt xəbəri olmayıb. Can, candan ayrıdır. Mən özümü yoxsul ailələrin yerinə qoyuram, uşağın qarnını doyurmaq anı gəlsə, mənim üçün bütün müqəddəs işıqlar sönər. Qatil belə ola bilərəm. Amma mən düşünürəm ki, dövlət buna bir tədbir görəcək və görməlidir.

Çünki hər birimiz bu ölkənin vətəndaşıyıq və bu ölkədə yaşamaq bizim də haqqımızdır. Biz bir-birimizi tamamlayanda vətəndaşıq. Azərbaycan tək məmurlara məxsus deyil... Azərbycan tək idmançılara məxsus deyil... Azərbaycan tək müğənnilərə məxsus deyil... Azərbaycan hamımızın Vətənidir. Varlının da, kasıbın da hüquqları birdir”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR