Fransanın və dünyanın tanınmış aktyoru Pyer Rişar 30 il sonra yenidən Jerar Depardye ilə eyni filmdə çəkilib.
ANS PRESS-in məlumatına görə, aktyorlar tanınmış rus yazıçısı Anton Çexovun hekayələri əsasında çəkilmiş qısametrajlı filmlərdə çəkiliblər. Filmin 2015-ci ilin mart ayında Fransada nümayiş etdiriləcəyi gözlənilir. Bildirilir ki, rejissor Jan Pyer Moki ilə Pyer Rişar Jerar Depardyeni çəkilişlərə birlikdə dəvət ediblər.
"Cənab Rişar yenidən - 30 il sonra öz köhnə dostu ilə birlikdə filmə çəkilməyə çox sevindi. Buna görə də eşidən kimi filmə çəkilməyə razılıq verdi", - deyə Pyer Rişarın nümayəndəsi bildirib.
Qeyd edək ki, "Atalar", "Bəxtigətirməzlər" kimi filmlərdə tərəf müqabili olan Pyer Rişar və Jerar Depardye sonuncu dəfə 1986-cı ildə "Qaçaqlar" filmində bir yerdə çəkiliblər.