"Türk Axını" bərpa edilə bilər

"Türk Axını" bərpa edilə bilər
22:12 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

"Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra dayandırılan "Türk Axını" layihəsinin icrası yenidən bərpa edilə bilər".
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.
 
Onun sözlərinə görə, layihənin bərpasının 2016-cı ilin gündəliyinə daxil olunması gözlənilir.
 
Qeyd edək ki, "Türk Axını" layihəsi Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra dayandırılıb.
Bununla yanaşı, Bolqarıstanın baş naziri Boyko Borisov parlamentdə çıxışı zamanı bildirib ki, rus qazının Avropaya çıxarılması üçün hazırlanan və bir müddət öncə icrası dayandırılan "Cənub Axını" layihəsi "Bolqar Axını" adı ilə yenidən həyata keçirilə bilər: "Əgər Rusiya sərhədmizdə öz qazını satmağa razılaşsa, bu "Bolqar Axını" olacaq. Rus qazı Qara dənizin dibi ilə Varna şəhərində yerləşən "Balkan" qaz anbarına nəql olunacaq". Borisov qeyd edib ki, "Bolqar Axını" Avropa Komissiyasının 3-cü energetika paketinin tələblərinə tam uyğun olacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/398005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR