Yüngül atletikada ağır cinayət

Yüngül atletikada ağır cinayət
22:22 14 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq yüngül atletika federasiyaları asosasiyasının keçmiş prezidenti Lamin Diak (Lamine Diack) təşkilatda korrupsiya sövdələşməsinə görə cavabdehlik daşıyır.

Bunu Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası bəyan edib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Diacka qarşı korrupsiya faktı ilə bağlı cinayət işi açılıb.

Komissiya həmçinin ötən ilin noyabrında hesabat yayaraq Rusiyanı yüngül atletikada dopinq qəbulunu dövlət səviyyəsində dəstəkləməkdə ittiham edib.

Bundan sonra Rusiya Yüngül Atletika Asosasiyas-nın rəhbəri Valentin Balakhnichev ömürlük idmandan qovulub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR