Azərbaycanlı sobada həşişlə tutuldu

Azərbaycanlı sobada həşişlə tutuldu
22:57 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Yekaterinburq vağzalında Azərbaycan vətəndaşı iki kq narkotik ilə saxlanılıb, o narkotikləri mikrodalğalı sobada gizlədib, Rusiyanın Federal Narkotiklərə nəzarət xidmətinin Sverdlovsk vilayəti üzrə idarəsi məlumat yayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, vətəndaş Maqnitoqorskdan Surquta gedirmiş, Yekaterinburqda nəqliyyatı dəyişməli idi.

48 yaşlı kişinin üzərində çanta və qutuda mikrodalğalı soba olub. O, özü Qazaxıstanın Kustanaysk vilayətində yaşayır.

O, polis əməkdaşlarının sənədlərini təqdim etməsinə dair xahişini narahatlıqla qarşılayıb. Onun əşyalarına baxış zamanı mikrodalğalı sobanın korpusunun altında ümumi çəkisi 2011,6 qram olan iki narkotik bağlaması aşkar ediblər.

Şübhəli şəxsə dair "iri həcmdə narkotik vasitələrin satışı" maddəsi üzrə cinayət işi açılıb.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR