Rusiya Türkiyədən təklif gözləyir (FOTO)

Rusiya Türkiyədən təklif gözləyir (FOTO)
23:26 14 Yanvar 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

“Əgər Türkiyə və Avropa istəsə, “Türk axını” layihəsini reallaşdıra bilərik”. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak söyləyib.

O, bildirib ki, Avropa və Türkiyə maraq göstərərsə, “Türk axını” təbii qaz boru xətti layihəsini gerçəkləşdirməyə hazırdırlar.


"Türk Axını" qaz boru kəmərinin keçəcəyi ərazilər

Rusiyaya məxsus Su24 təyyarəsinin Türkiyə tərəfindən Türkiyə-Suriya sərhədində vurulmasından sonra hər iki ölkə arasında vəziyyət gərginləşib.

Rusiyanın bu hadisədən sonra Türkiyəyə tətbiq etdiyi sanksiyalar fonunda “Türk axını” layihəsinin danışıqları da dayandırılıb.

Dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak bildirdi ki, boru kəmərinin tikintisi və hökümətlərarası danışıqlar dayandırılır.


Aleksandr Novak-Rusiyanın Energetika naziri

“Qazprom” rəhbəri Aleksey Miller bildirib ki, - ”Türk axını" üçün ilk öncə Türkiyənin bizə müraciət etməsi lazımdır. Əlbəttə ki, belə bir layihə Türkiyəni maraqlandırırsa amma hələki bizə belə bir təklif gəlməyib”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR