54 yaşlı kişi sirkə turşusundan zəhərləndi

54 yaşlı kişi sirkə turşusundan zəhərləndi
23:34 14 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 54 yaşlı kişi sirkə turşusundan zəhərlənib.  Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 21:50 radələrində Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi dalan 4 ev 13 ünvanında yaşayan,  1961-ci il təvəllüdlü Ramiz Şahid oğlu Həmzəyev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 54 yaşlı Ramiz Həmzəyev yaşadığı ünvanda sərxoş vəziyyətdə bilməyərək sirkə turşusu qəbul edib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ramiz Həmzəyevə hazırda tibbi yardım göstərilir.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR