Azərbaycan Rusiyanın köməyinə çatdı

Azərbaycan Rusiyanın köməyinə çatdı
23:41 14 Yanvar 2016
177 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Moskva Ankaraya sanksiya tətbiq etdikdən sonra İran Rusiyaya kənd təsərüfatı məhsullarının idxalını artırıb.

ANS PRESS-in məlumatına görə, yüklərin daşınması əsasən Azərbaycan ərazisində həyata keçirilir. Bu barədə İranın sənaye-ticarət palatasının başçısı Masud Xansari məlumat verib. O, bildirib ki, sanksiyalar tətbiq edildikdən sonra İran Azərbaycan ərazisindən 500 yük maşınını Rusiyaya göndərilib. İranın qida və meyvə məhsulları türk mallarını əvəz edəcək.

Yanvarın sonunda isə "İran süd və heyvandarlıq məhsullarını Rusiyaya ixrac ediləcək", - deyə Xansari bildirib.


Masud Xansari - İranın sənaye-ticarət palatasının başçısı


İranın süd məhsullarının ixrac edilməsi barədə də Rusiya ilə anlaşma əldə olunub və süd məhsulları istehsal edən 10 İran şirkətinə öz məhsullarını Rusiyaya ixrac etmək lisenziyası verilib.

Türkiyə Rusiya qırıcı təyyarəsini vurduqdan sonra Qafqazın nəqliyyat dəhlizlərində canlanma baş verdi. Çünki Rusiya Türkiyə TIR-larını öz ərazisindən Mərkəzi Asiyaya buraxmaqdan imtina etdi. Həmin vaxtdan Türkiyədən Mərkəzi Asiyaya gedən TIR-lar Azərbaycan ərazisindən keçməyə başladı.

Tranzit yükdaşımaların inkişaf etdirilməsi üçün isə noyabrın 30-da Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmişdi.

Rusiya yanvarın 4-də öz ərazisi vasitəsilə Ukrayna mallarının tranzitini tamamilə dayandırması Qafqazdan keçən yollarının imkanını daha da artırdı. Artıq sabahdan Qara dəniz – Gürcüstan – Azərbaycan – Xəzər dənizi – Qazaxıstan marşurutu ilə Ukrayna məhsullarının Çinə daşınmasına başlanılacaq. Azərbaycan Türkiyə - Çin, Ukrayna – Çin və həmçinin İran – Rusiya marşruti üzrə nəqaliyyat dəhlizinin inkişafi üçün tədbirlər görməyə başlayıb.


Qəzvin - Rəşt - Astara dəmir yolu


İrandan Rusiyaya yüklərin birbaşa çatdırılması üçün Qəzvin - Rəşt - Astara dəmir yolunun inşaşı davam etdirilir. Bu il Bakı-Astara dəmir yolunun qalan 8 kilometrlik hissəsinin tikintisinin tamamlanması nəzərdə tutulur. Qəzvin-Rəşt dəmir yolu 2017-ci ilin iyul ayında istismara veriləcək. Rəşt-Astara dəmir yolunun tikintisi isə 2016-cı ilin birinci yarısında başlayacaq və 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Bu dəmir yolunun tikintisi Şimal – Cənub nəqliyyat dəhlizi ilə yüklərin daşınmasını asanlaşdıracaq. Yükdaşınmaya marağın artması Azərbaycan üçün yeni gəlir mənbəyi yaradır. Həmçinin bu Azərbaycanın regionda siyasi və iqtisadi nüfuzunu artırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR