Doğma anasını məhkəməyə verdi

Doğma anasını məhkəməyə verdi
01:06 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Model Hilari Roda doğma anasını məhkəməyə verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 2014-cü ildə baş vermiş və bu günədək davam edən bu hadisə KİV-in araşdırmaları nəticəsində üzə çıxarılıb.

Model anasını onun pullarını xərcləməkdə, imzasını saxtalaşdıraraq kredit kartlarından alış-veriş zamanı istifadə etməkdə günahlandırıb. Bu yaxınlarda isə Hilarinin anası qızının xokkeyçi əri Şon Everini ona (Hilarini – red.) nikah müqaviləsi bağlamamaq üçün təzyiq göstərməkdə və bilərəkdən doğmaları ilə münasibətini pozmaqda ittiham edib.

Deyilənlərə görə, Hilarinin məhz Şona ərə getməsi ailədə münaqişənin yaranmasına səbəb olub. Ötən ilin oktyabrında Hemptonsda evlənən cütlüyün toyuna modelin nə anası, nə də qardaşı dəvət olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR