Banklarda, birjalarda başlayan müharibə (VİDEO)

Banklarda, birjalarda başlayan müharibə (VİDEO)
01:05 15 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın bir sıra yerlərində baş verən terror hadisəsi insanları vahimədə saxlayır.

1996-2011-ci illərdə Fridrix Nauman Fondunun Azərbaycan üzrə nümayəndəsi olmuş, “Şərq-Qərb Araşdırmalar Mərkəzinin” rəhbəri, ABŞ, Almaniya, Avstriya, İsveşrə, Rusiya, Türkiyə və digər ölkələrdə onlarla analitik məqalənin müəllifi, politoloq Ərəstun Oruclu “Nəzər Nöqtəsi”ndə sualları cavablandırıb.

– Dünən İstanbulun Sultan Əhməd meydanında terror hadisəsi baş verib. Artıq iki gündür ki, kütləvi informasiya vasitələrində bu barədə məlumat yer alır. Baş verən məlum hadisədən sonra, Türkiyənin daha 3 yerində buna oxşar terror olaylarının, eləcə də dinc ölkə kimi tanıdığımız İndoneziyada terror hadisəsinin baş verməsi bütün dünyanı, eyni zamanda Azərbaycanı da narahat edir. Bu nədir? Olmaya III dünya müharibəsi başlayıb? Hər halda buna bənzəyir.

– Əslində III dünya müharibəsi başlayıb. Bunu I və II dünya müharibəsi ilə müqayisə edib klassik bir müharibə gözləmək bir qədər doğru deyil. Çünki III dünya müharibəsi bir qədər fərqlidir. Yəni hər bir müharibə özündən sonra bir yeni dünya düzəni formalaşdırır. Əgər biz Paris Sülh Konfransı ilə bitən I dünya müharibəsini götürsək, bəlli nəticələr ortaya qoyula bilinmədi. Hələ o zaman qalib tərəf olan Fransa rəsmilərindən tutmuş, hətta sülh konfransını radifikasiya etməkdən imtina etmiş ABŞ prezidentinə qədər hər bir kəs bəyan etdi ki, bu, doğru deyil. Bu yeni bir müharibəyə yol açır.

Cəmi 20 ildən sonra Avropa yeni böyük müharibəyə qədəm qoydu və bu da təbii idi. Çünki əslində müharibə öz hədəfinə çatmamışdı. Nəticədə 50 milyondan artıq insan həyatı bahasına başa çatan II dünya müharibəsi baş verdi. Bütün Avropa dağıldı, dünyanın bir çox ölkələri bu müharibəyə cəlb olundu. Dünyanın yeni siyasi xəritəsi və dünyanın yeni düzəni yarandı. Bu zaman-zaman dünyada baş verən prosesdir. Biz tarixə nəzər yetirsək, görərir ki, daim böyük imperiyalar yaranıb və yaranan bu imperiyalar başlayıblar dünyanı fəth etməyə və s. Sonda isə bu imperiyalar dağılıb.

Burada söhbət resursların, ərazilərin bölüşdürülməsindən gedir. Bu gün isə artıq o klassik müharibə anlayışı tarix olub. Bugünkü müharibə daha çox banklarda, birjalarda gedir. Bugünkü müharibə iqtisadiyyatda gedir. Bugünkü müharibənin ciddi təsirli vasitələri isə iqtisadi, maliyyə əməliyyatları, eləcə də iqtisadi təxribatlar və sanksiyalardır. Eyni zamanda miqyaslı casus fəaliyyətləridir.

Məsələn, bugünkü dünya düzəninin formalaşmasında mühüm rol oynayan amillərdən biri müasir informatika texnologiyalarıdır. Bura internet və onun vasitəsi ilə həyata keçirilən əməliyyatlar və s. daxildir. Təbbi ki, bu siyahıda istifadə olunan amilərdən biri də terrordur.

- Məncə terror başlıca silahdır.

– Qeyd edim ki, nsan ölümü, partlayış istər-istəməz bu vizual görüntülər müəyyən effekt yaradır. Bir növ insanlara xatırladır ki, müharibə gedir. Məhz bu onun üçün vacibdir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR