​Binəqədi rayonunda mənzildə 76 yaşlı qadın meyiti aşkar edilib

​Binəqədi rayonunda mənzildə 76 yaşlı qadın meyiti aşkar edilib
00:52 15 Yanvar 2016
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Binəqədi rayonunda ölüm hadisəsi qeydə alınıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1940-ci il təvəllüdlü Xaspoladova Tamara Əli qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 22:36-da başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR