Samuxda qəza: ağır xəsarət alan var

Samuxda qəza: ağır xəsarət alan var
00:54 15 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux rayon sakini avtomobil qəzası zamanı xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çobanabdallı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Məmmədov qabırğaların sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

 

R. Məmmədovu xəstəxanaya gətirən şəxsin bildirdiyinə görə, dostu avtomobil qəzası zamanı xəsarət alıb. Hadisənin təfərrüatları hələlik məlum deyil.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR