"Gecə libasımla ora basqın edəcəkdim"

"Gecə libasımla ora basqın edəcəkdim"
01:21 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aparıcılığını Seda Sayanla Uğur Arslanın etdiyi “Evleneceksen gel” proqramına gözlənilməz telefon zəngi edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Star”da yayımlanan verilişə qoşulan müğənni Bülent Ersoy proqramın aparıcılarını tənbeh edib.

Müğənni iştirakçılardan Mehmete hirslənərək “Sən niyə susursan? Niyə bu səhvə yol verdin? Bu qızın taksi sürücüsü ilə arasına niyə girdin? Sənin ürəyin kimdədir? Əvvəlcə bunun cavabını mənə ver. Adam ol. Sən səhv etdin. Mən sizi izləyirəm. Əsəbimdən təzyiqim qalxdı. Gecə libasımla studiyaya basqın edəcəkdim” deyib.

B.Ərsoy bu vəziyyətə müdaxilə etmədiyi üçün Seda Sayana “Sən niyə səsini çıxarmırsan, bəs?” deyərək əsəbləşib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR