Türkiyə ordusu İŞİD-dən ağır qisas aldı

Türkiyə ordusu İŞİD-dən ağır qisas aldı
01:31 15 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda 10 nəfərin ölümü ilə nəticələnmiş partlayışa cavab olaraq Türk qoşunlarının Suriya və İraqla sərhədə İŞİD hədəflərinə endirilən artileriya zərbələri nəticəsində azı 200 terrorçunun öldürüldüyünü bəyan edib.

ANS PRESS-in məlumatına görə, Çanakqaya Sarayında Türkiyənin səfirləri qarşısında çıxış edən Davudoğlu Türkiyənin terrora qarşı mübarizənin qətiyyətli şəkildə davam etdirəcəyini vurğulayıb və hər kəsi terrora qarşı qəti mövqe tutmağa çağırıb.

Davutoğlu bildirib ki, İstanbul teraktının İŞİD qruplaşması tərəfindən təşkil olunduğu xəbəri təsdiqini tapdıqdan sonra hökümət orduya İraq və Suriyadakı İŞİD mövqelərinə zərbələr endirməyə əmr verib.


Əhməd Davudoğlu - Türkiyə baş naziri

Davudoğlunun sözlərinə görə, 48 saat ərzində İŞİD mövqelərinə tank və toplardan 500-ə yaxın mərmi atıldığını, yerli döyüşçülərin komandirləri daxil olmaqla 200 İŞİD-çinin həlak olduğunu bildirib.

Davudoğlu lazım gələrsə, terrorçulara qarşı əməliyyatlara hava qüvvələrinin də cəlb olunacağını deyib.

“Bundan sonra Türkiyəyə uzanan bütün əllər Türkiyənin qonaqlarına yönəli istənilən təhdid, layiqli cavab ilə cəzalandırılacaq. İŞİD terror qruplaşması Türkiyə sərhədlərində tam olaraq uzaqlaşana qədər, bölgədə dünyada mübarək dinimiz olan İslamın adını ləkələyən əməllərini sürdürdükcə, ən qətiyyətli şəkildə mübarizə aparmağa davam edəcəyik”, - deyə Türkiyənin baş naziri bildirib.

Davudoğlu bir daha terroru pisləyərək, Suriyalı qaçqınlarla İŞİD döyüşçülərini bir-birindən fərqləndirməyin vacibliyinə diqqət çəkib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR