​Yaponiyada turist avtobusu aşıb, ölənlər var

​Yaponiyada turist avtobusu aşıb, ölənlər var
04:02 15 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Yaponiyanın Naqano perfekturasında yerləşən dağ-xizək kurortuna gedən turist avtobusu sıldırımdan aşağı düşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat veriblər.
Daxil olan məlumatlara görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər kritik vəziyyətdədir. Həmçinin 20 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Avtobusda ümumilikdə 39 nəfər olub. Hazırda polis hadisənin səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yaponiyada-turist-avtobusu-asib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR